“Kanada ştat deyil ki, güzəşt də alsın!” – Tramp
Kanada ABŞ ştatlarından biri kimi iqtisadi güzəştlər əldə etmək istəyir, halbuki əslində belə deyil.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
Prezident bildirib ki, buna son qoymağın vaxtı çatıb:
“Kanada ABŞ ştatına bərabər statusla güzəştlər əldə etmək istəyir, halbuki ştat deyil. Bundan əlavə, onlar uzun illər ərzində bizim möhtəşəm fermerlərimizdən böyük rüsumlar alıblar. Artıq belə olmayacaq”.
Aysel Mətləb