Kallas Trampın Ukrayna mövqeyinə münasibət bildirdi
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyindəki dəyişiklikləri alqışladığını bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərini “Politico” nəşri yayıb.
“O, daha əvvəl eşitmədiyimiz çox ciddi bir bəyanat verdi və bu, bizim bir-birimizi eyni cür anladığımızı açıq şəkildə göstərir”, - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında Ukraynanın Aİ-nin dəstəyi ilə yalnız işğal olunmuş ərazilərini qaytarmaqla kifayətlənməyəcəyini, bəlkə daha irəli gedə biləcəyini bildirmişdi.
Aysel Mətləb