İtaliya məktəblərində sərt qaydalar tətbiq olunacaq

İtaliya məktəblərində sərt qaydalar tətbiq olunacaq
18.09.2025 10:33 Dünya

İtaliyanın bəzi məktəbləri şagirdlər üçün yeni geyim qaydaları müəyyən edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "ANSA"  məlumat yayıb.

Bildirilir ki, bu qaydalara görə, artıq çox qısa ətəklər, açıq qarınlı geyimlər, hündürdaban ayaqqabılar, uzun dırnaqlar və dərs zamanı papaq taxmaq qadağandır.

Bəzi məktəblərdə oğlanların səliqəsiz və ya çox uzun saqqal saxlamasına da icazə verilmir.

Bu qaydaların məqsədi sinifdə diqqəti yayındıran və ədəbsiz sayılan geyimlərin qarşısını almaqdır. Yeni tədris ilində məktəb direktorları bu qaydaları şagirdlərə yazılı şəkildə çatdırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər