İsveç hava məkanı ilə bağlı xəbərdarlıq etdi

İsveç hava məkanı ilə bağlı xəbərdarlıq etdi
23.09.2025 12:45 Dünya

İsveçin müdafiə naziri Poul Conson Polşadakı pilotsuz təyyarə insidentini şərh edib. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

O bildirib ki, İsveç hava məkanı pozulacağı təqdirdə gücdən istifadə edəcək. 

"İsveç öz hava məkanını, lazım gələrsə, güc yolu ilə müdafiə etmək hüququna malikdir və onu müdafiə edəcək", - Conson bildirib.

Nazir vurğulayıb ki, hökumətin qərarına əsasən, İsveç Silahlı Qüvvələri əvvəlcədən xəbərdarlıq etmədən ölkənin hava məkanını pozan təyyarələrə qarşı güc tətbiq edə bilər.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər