İstanbulda hoteldə yanğın: Xəsarət alanlar var
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə güclü yanğın baş verib.
TodayPress TV xəbər verir ki, “TRT Haber”in məlumatına görə, 6 mərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə yuxarı mərtəbələrə yayılıb.
Alov binanın xarici fasadını da bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları göndərilib. Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Yanğın nəticəsində 12 nəfər xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya yerləşdiriliblər.
Yanğın nəzarətə alınaraq söndürülüb. Hadisənin başvermə səbəbi araşdırılır.
Türkan İsgəndərli