İstanbulda dənizdə çimmək qadağan edildi

İstanbulda dənizdə çimmək qadağan edildi
06.08.2025 11:48 Dünya

Türkiyənin İstanbul şəhərinin Beykoz, Sarıyer, Arnavutköy, Çatalca və Eyüpsultan bölgələrində dənizdə çimmək qadağan edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Bildirilib ki, avqustun 10-dək Beykozda və Sarıyerdəki Kısırkaya çimərliyində çimmək qadağan olunub. Çatalca və Eyüpsultanda isə avqustun 9-dək davam edəcəyi bildirilib. Arnavutköydəki qadağa yalnız avqustun 6-sı üçün keçərlidir. 

Qeyd edək ki, qərar dalğa uzunluğunun yüksək olması səbəbindən baş verə biləcək can və mal itkilərinin qarşısının alınması üçün verilib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər