İsraildə keçirilən sorğu Netanyahu üçün “əcəl zəngi”ni çaldı
İsraildə keçirilən rəy sorğusu ölkə vətəndaşlarının əksəriyyətinin Baş nazir Benyamin Netanyahuya etibar etmədiyini göstərib.
TodayPress TV xəbər verir ki, “Channel 12” telekanalının təşkil etdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 60 faizi Netanyahuya etimad göstərmədiyini bildirib. Cəmi 38 faiz iştirakçı isə baş nazirə güvəndiyini ifadə edib.
Təxminən bir ay əvvəl “Israel Democracy Institute” tərəfindən aparılan oxşar araşdırma da bənzər nəticələr ortaya qoyub. Həmin sorğuya görə, israillilərin təxminən 60 faizi bu il keçiriləcək parlament seçkilərindən sonra Benyamin Netanyahunun yenidən baş nazir vəzifəsində qalmasını istəmir.
Kübra Musayeva