İsrail və Suriya “bir addım”da ilişib qaldı - Razılaşma olmadı
İsrail və Suriya arasında təhlükəsizlik razılaşması əldə etmək cəhdi uğursuzluqla nəticələnib.
TodayPress TV xəbər verir ki, israilli yüksəkvəzifəli məmurun sözlərinə görə, tərəflər arasında əsas fikir ayrılıqlarından biri İsrail qüvvələrinin bufer zonasından çıxarılması məsələsi olub. İsrail tərəfi bu ərazidən geri çəkilməyə razı olmayıb.
Bununla belə, İsrail və Dəməşq arasında əlaqə kanalları açıq qalır və müxtəlif səviyyələrdə danışıqlar davam edir.
Kübra Musayeva