İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı

İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı
28.07.2026 08:20 Dünya

İsrail və Livan nümayəndələri 4-6 avqust tarixlərində Romada daha bir danışıqlar raundu keçirəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən məlumat verib.

Məlumata görə, bu ölkələrin, eləcə də ABŞ-nin nümayəndələri İsrail qoşunlarının Livanın cənubunda yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini müzakirə edəcəklər.

Bundan əlavə, məsləhətləşmələrdə İsrail və Livan arasında quru sərhədlərinin mübahisələri də müzakirə olunacaq.

Jalə Rövşən 

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər