İsrail Rusiyanı “arxayınlaşdırdı”: “Ukraynaya silah vermirik”
İsrail Moskvanı Ukraynaya silah tədarük etmədiyinə dair məlumatlandırır.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinnşak bildirib.
Onun sözlərinə görə, Rusiya vaxtaşırı İsrailin Ukraynaya silah göndərməsi ilə bağlı məlumatlarla qarşılaşır və bu məsələni İsrail tərəfi ilə müxtəlif kanallar vasitəsilə müzakirə edir.
Kinnşak qeyd edib ki, İsrail belə məlumatları təkzib edir və Moskvaya silah tədarükü həyata keçirmədiyini təsdiqləyir.
Rusiya XİN rəsmisi həmçinin bildirib ki, Qərb müttəfiqlərinin təzyiqinə baxmayaraq, İsrail Rusiyaya qarşı tətbiq edilən sanksiyalara rəsmi şəkildə qoşulmayıb.
Kübra Musayeva