İsrail Ordusu HƏMAS-ın 100-ə yaxın obyektinə zərbə endirdi
Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının təxminən 100 obyektinə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-i ölkə Ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hədəflər arasında tunellər, silah anbarları və HƏMAS tərəfindən istifadə olunan digər infrastruktur olub.