İsrail ordusu bəyanat yaydı - Məhv edilən komandir kimdir?
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının komandirini məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində hava zərbəsi endirib və yeddi İsrail vətəndaşının girov saxlanmasında iştirak edən HƏMAS-ın hərbi qanadının komandiri Mahmud Əbd əl-Fəttah Avadı məhv edib", - deyə bəyanatda bildirilib.
Qurumdan qeyd olunub ki, zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyən zərərin ən aza endirilməsi üçün tədbirlər görülüb.
Aysel Mətləb