Bu tarixdən sonra doğulanlara siqaret ömürlük QADAĞAN OLUNUR!

Bu tarixdən sonra doğulanlara siqaret ömürlük QADAĞAN OLUNUR!
24.09.2026 18:43 Dünya

Türkiyə Səhiyyə Nazirliyinin üzərində işlədiyi tütün məhsulları ilə bağlı yeni tənzimləmədə diqqətçəkən maddələr bəlli olub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hazırlıq işlərində iştirak edən professor Toker Ergüder 1 yanvar 2015-ci il və daha sonra doğulanlara tütün məhsullarının satışının və istifadəsinin ömürlük qadağan edilməsinin planlaşdırıldığını açıqlayıb.

Layihədə, həmçinin restoranların açıq ərazilərində siqaret qadağası, standart qutu tətbiqi və "slim" siqaretlərin satışdan çıxarılması kimi tədbirlər də yer alır. Tənzimləmənin oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunması nəzərdə tutulur.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər