İsrail Livanın cənubuna hava zərbələri endirdi

İsrail Livanın cənubuna hava zərbələri endirdi
11.07.2026 16:30 Dünya

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda bir neçə yaşayış məntəqəsini hədəfə alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" yerli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları Kfar-Tibnit və Nəbatiyyə əl-Fauqa ətrafına zərbələr endirib. İsrail qırıcıları isə Nəbatiyyə şəhərini bombalayıb.

Mənbənin sözlərinə görə, İsrail Ordusu (SAXAL) Bint-Cubeyl və Hula yaşayış məntəqələrində bir neçə evi və infrastruktur obyektini də partladıb.

Qeyd edək ki, iyunun 27-də İsrailin müdafiə naziri İsrael Kats ordunun Livanın cənubundakı təhlükəsizlik zonasında uzunmüddətli qalmağa hazırlaşdığını açıqlamışdı.

Onun sözlərinə görə, İsrail qüvvələri "Hizbullah" təşkilatı bütün Livan ərazisində silahsızlaşdırılmayana və İsrailin şimal bölgələrinin təhlükəsizliyi tam təmin edilməyənə qədər ölkənin cənubundan geri çəkilməyəcək.

Qiymət Mahir


XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər