İsrail Livanda raket daşıyan qrupu vurdu - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubundakı “bufer zona”da silah daşıyan “Hizbullah” üzvlərinə hava zərbəsi endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İsrail ordusunun məlumatına görə, hərbçilər bir neçə nəfərin tank əleyhinə raketləri binaya daşıdığını müşahidə etdikdən sonra həmin obyektə aviazərbə endirilib.
SAXAL-ın bildirdiyinə görə, zərbədən sonra ərazidə ikinci dərəcəli partlayışlar baş verib. İsrail tərəfi bunu sursatların detonasiya etməsinin göstəricisi kimi qiymətləndirib.