İsrail İrana “son zərbə”ni hazırlayır? - “Yaxın gələcəkdə...”

İsrail İrana “son zərbə”ni hazırlayır? - “Yaxın gələcəkdə...”
03.09.2026 21:14 Dünya

Hazırda İsrailin xarici siyasətdə əsas vəzifəsi İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır, bu məqsədə yaxın gələcəkdə çatmaq mümkündür.

TodayPress TV xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz, ordunun Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

“Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq imkanımıza əminəm. Yəni bu rejimi devirmək. Qarşımızda hələ duran əsas məqsəd budur, lakin ona nail olmaq artıq yaxındır. Bu, mümkünsüz deyil. Tamamilə əlçatandır”, - deyə o vurğulayıb.

Baş nazirin fikrincə, hazırda İran İslam Respublikası “heç vaxt olmadığı qədər zəifdir” və “sağ qalmaq uğrunda mübarizə aparır”.

“Düşmənlərimizə deyirəm: bizimlə işiniz olmasın. Əgər nəyisə öyrənmisinizsə, o da bizimlə iş görməməyin lazım olduğudur. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var. Qarşıdan gələn ildə, yaxın gələcəkdə İsrail xalqı üçün arzum da budur”, - deyə o əlavə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər