İsrail HƏMAS-ın əsas adamını aradan götürdü

İsrail HƏMAS-ın  əsas adamını aradan götürdü
17.07.2026 17:03 Dünya

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubundakı HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini öldürüb. O, Xan Yunis briqadasında təbliğatdan məsul olub və 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Fələstin anklavında israilli girovların saxlanmasında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə "SAXAL" məlumat yayıb.

Məlumata görə, həmin şəxs əvvəllər HƏMAS liderlərinin təhlükəsizliyinin təmin edilməsindən məsul olub.

Bildirilir ki, SAXAL Xan Yunis bölgəsinə hücum edərək HƏMAS-ın bölük komandiri Ənəs Mahmud Əhməd Həmdanı öldürüb.

Həmdan İsrail girovlarının ələ keçirilməsində əsas rol oynayıb və girovların azad edilməsi barədə razılaşmaların bir hissəsi olaraq onların Qəzza zolağına köçürülməsində və İsrailə qaytarılmasında iştirak edib.

İsrail ordusunun məlumatına görə, Həmdan həmçinin HƏMAS-ın Xan Yunis Briqadasının təbliğat fəaliyyətindən məsul olub.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər