İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik”
İran parlamentinin yüksək vəzifəli üzvü İbrahim Əzizi Hörmüz boğazı ilə bağlı sərt açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, “Bura Fars körfəzidir və Hörmüz boğazında şərtləri İran müəyyən edir.”
Əzizi, həmçinin ABŞ-ni hədəf alaraq, “Donuzlar körfəzi fiaskosunun uğursuzları” ifadəsini işlədib və Vaşinqtonu insan itkiləri ilə maliyyə xərclərinə dair real rəqəmləri açıqlamağa çağırıb.
Kübra Musayeva