İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq!

 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq!
01.06.2026 10:37 Dünya

ABŞ prezidenti Donald Tramp İranın ABŞ və müttəfiqləri üçün əlverişli olacaq bir razılaşmaya can atdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, Tramp bunu "Trust Social" platformasında yazıb. 

O, qeyd edib ki, İranla danışıqlar prosesində daxili siyasi təzyiqlər onun işini çətinləşdirir. O, demokratları və özünün "vətənpərvərlikdən uzaq" adlandırdığı bəzi respublikaçıları tənqid edərək, onları danışıqlar prosesinə müdaxilə etməkdə və "gərəksiz şərhlər" verməkdə ittiham edib.

Prezident siyasi opponentlərinə müraciət edərək, "sadəcə arxanıza yaslanın və rahat olun, hər şey sonda yaxşı olacaq" ifadələrini işlədib.

Jalə Rövşən 

TodayPress TV


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər