İranın son 24 saatı - Amerika yekun zərbə vuyracaq
ABŞ İrana Hörmüz boğazında gəmilərə hücumların dayandırılması və boğazın açıq saxlanacağı ilə bağlı 24 saat ərzində açıq öhdəlik götürməsi üçün vaxt verib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehrandan kommersiya gəmilərinə hücumların dayandırılacağını və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin ediləcəyini ictimai şəkildə bəyan etməsini tələb edib.
ABŞ administrasiyası xəbərdarlıq edib ki, İran bu tələbi yerinə yetirməyəcəyi təqdirdə "ciddi nəticələrlə" üzləşəcək. Bildirilir ki, diplomatik səylərin uğursuz olacağı halda alternativ fəaliyyət planları artıq hazırlanıb.
Qiymət Mahir