İranda toy keçirilən məkan ABŞ-nin hədəfi oldu - Yaralananlar var

İranda toy keçirilən məkan ABŞ-nin hədəfi oldu - Yaralananlar var
01.09.2026 23:28 Dünya

ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var

TodayPress TV xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.

"Bu axşam ABŞ qüvvələrinin Koheştak limanındakı yaşayış ərazisinə hücumu nəticəsində bir neçə mülki şəxs yaralanıb və ehtimal ki, ölənlər də var. Məsələ hazırda araşdırılır", - deyə qeyd olunub.

Məlumata əsasən, şəhərdə keçirilən toy mərasiminin iştirakçıları mərmilərin qəlpələrinin yayılması nəticəsində xəsarət alıblar.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər