İranda hücuma məruz qalan ərazilər - SİYAHI

İranda hücuma məruz qalan ərazilər - SİYAHI
01.09.2026 23:10 Dünya

İranın cənubunda bir sıra ərazilərin hava hücumlarına məruz qaldığı bildirilir.

TodayPress TV xəbər verir ki, “Tasnim”in məlumatına görə, Sistan və Bəlucistan əyalətindəki Konarak, Hörmüzgan əyalətindəki Qeşm, Bəndər Abbas, Sirik, Cask və Bəndər Lengeh, həmçinin Kirman əyalətindəki Ciroft şəhərində yerləşən ərazilər hədəfə alınıb.

Hadisələr barədə əlavə təfərrüatlar və mümkün itkilərlə bağlı məlumat verilməyib. 

ABŞ Mərkəzi Komandanlığı bu gün İranın cənubundakı bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb: İran mediası da Qeşm, Bəndər Abbas, Cask, Sirik və Konarakda partlayışlar barədə məlumat yayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər