İran Rusiya ilə enerji sahəsində saziş imzalayacaq

İran Rusiya ilə enerji sahəsində saziş imzalayacaq
22.09.2025 16:57 Dünya

İran və Rusiya yaxın günlərdə yeni nüvə enerji bloklarının tikintisi ilə bağlı sənədlər imzalayacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd İslami məlumat verib.

Onun sözlərinə görə, bu sənədlərin imzalanması mühəndis-texniki inkişafı üçün konkret addımların atılmasına imkan yaradacaq.

Xatırladaq ki, 2014-cü ilin noyabrında Moskva və Tehran İranda yeni atom elektrik stansiyası (AES) bloklarının tikintisi üçün bir sıra razılaşmalar əldə edib. Həmin razılaşmalara əsasən, Buşəhr AES-in ərazisində əlavə dörd enerji blokunun və başqa bir ərazidə daha dörd blokun tikintisi müzakirə olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər