İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var?
Bəzi ölkələr tamamilə ABŞ bazasına çevrilib.
TodayPress TV xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçi deyib.
“Təəssüf ki, elə bir mərhələyə çatmışıq ki, təkcə qonşu ölkələrin daxilində ABŞ bazaları yoxdur, əslində, bəzi ölkələr tamamilə ABŞ bazasına çevrilib”,- nazirlikdən bildirilib.
Tehran rəsmiləri bəyanatda birbaşa ad çəkməsələr də, ekspertlər İranın hədəfində ola biləcək regional oyunçuların ipucunu verir. ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi bazalarına və infrastrukturuna ev sahibliyi edən potensial "qara siyahı"ya aşağıdakı ölkələr daxil edilə bilər:
Qətər: ABŞ-nin regiondakı ən böyük hərbi hava bazası olan "Əl-Udeyd" burada yerləşir.
Bəhreyn: Vaşinqtonun 5-ci Donanmasının qərargahına ev sahibliyi edir.
Küveyt: Minlərlə ABŞ hərbçisinin yerləşdiyi "Camp Arifjan" da daxil olmaqla bir neçə mühüm bazaya malikdir.
BƏƏ və İordaniya: Amerika ordusunun logistik və hava dəstəyi üçün aktiv istifadə etdiyi digər qonşu ölkələr.
İran tərəfi bu addımları öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir və regionda gərginliyin pik həddə çatacağı təqdirdə, həmin hərbi obyektlərin potensial hədəfə çevrilə biləcəyi barədə dolayısı ilə xəbərdarlıq edir.
Jalə Rövşən