İran Məkkə Sazişinə qoşulacaq? Tehran açıqladı
İran Məkkə Sazişinə üzv dövlətlərdən rəsmi qoşulma təklifi almadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
“Məkkə Paktında iştirak edən ölkələrdən heç bir rəsmi təklif almamışıq”, – Bəqayi bildirib.
Bundan əvvəl İran Məclisinin xəbər agentliyinin rəhbəri Mehdi Rəhimi Tehranın Məkkə Paktına qoşulmaq üçün dəvət aldığını və məsələnin nəzərdən keçirildiyini açıqlamışdı.
Qeyd edək ki, “Məkkə Paktı” avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanıb. Sazişə əsasən, üzv ölkələrdən birinə edilən hücum bütün koalisiya üzvlərinə qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
Türkan İsgəndərli