İran Küveytə raket zərbəsi endirdi: Partlayış səsi İraqa qədər çatdı
İranın Küveytə endirdiyi raket zərbəsi nəticəsində ətrafdakı beş küçədə dağıntılar qeydə alınıb, güclü partlayış səbəbindən yerin silkələndiyi bildirilir.
TodayPress TV xəbər verir ki, Küveyt KİV-in yaydığı məlumata görə, hadisə nəticəsində ətraf ərazilərə ziyan dəyib. “Fars” xəbər agentliyi isə partlayış səslərinin İraq ərazisindən də eşidildiyini xəbər verib. Hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.