İran Küveytdəki ABŞ hərbi bazasını belə vurdu - VİDEO

İran Küveytdəki ABŞ hərbi bazasını belə vurdu - VİDEO
02.09.2026 11:57 Dünya

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Əli əs-Salim aviabazasına raket və pilotsuz uçuş aparatları ilə birgə zərbə endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH-ın məlumatına görə, hücum zamanı aviabazada ABŞ komandanlığının qərargahı və yaşayış məntəqələri, həmçinin İrana qarşı əməliyyatlarda istifadə olunan PUA-ların saxlanıldığı anqar və onların yerləşdirildiyi meydança hədəfə alınıb.

İran tərəfi bir neçə ABŞ pilotsuz uçuş aparatının məhv edildiyini və bir neçə ABŞ hərbçisinin öldürüldüyünü iddia edib. Bu məlumat ABŞ tərəfindən təsdiqlənməyib.

SEPAH bildirib ki, zərbə İranın cənubundakı Sirik şəhərində yaşayış evinə ABŞ tərəfindən endirildiyi iddia olunan hücuma cavab olaraq həyata keçirilib. İran tərəfinin iddiasına görə, həmin hücum nəticəsində təxminən 70 nəfər zərər çəkib, 4 nəfər, o cümlədən bir uşaq həlak olub.

SEPAH, həmçinin eyni vaxtda İordaniya, Bəhreyn və İraqın Ərbil şəhərində yerləşən ABŞ obyektlərinə qarşı da hücumlar həyata keçirildiyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər