İran İordaniyada ABŞ hərbçilərini hədəf aldı
İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi kazarmalardan birinə ciddi ziyan dəyib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata əsasən, zərbə zamanı ABŞ hərbçilərinin kazarmanı vaxtında tərk edib-etmədiyi hələlik məlum deyil.
Bundan əlavə, İranın Küveytdə ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə də zərbələr endirdiyi bildirilir. İsrail KİV-i bu hücumların İranın ABŞ hərbi personalını birbaşa hədəfə almağa çalışdığını göstərdiyini iddia edib.
Kübra Musayeva