İran indi də qadınları silahlandırır: İlk hərbi hazırlıq mərkəzi açıldı - VİDEO

İran indi də qadınları silahlandırır: İlk hərbi hazırlıq mərkəzi açıldı - VİDEO
11.11.2026 10:26 Dünya

İranda qadınlar üçün ilk hərbi hazırlıq mərkəzi fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Iran Press” məlumat yayıb.

Məlumata görə, Tehranda açılan “Canfada” adlı mərkəz qadınlara hərbi hazırlıq keçmək, silah və hərbi texnikadan istifadə bacarıqlarını öyrənmək imkanı yaradacaq.

Mərkəzin açılış mərasimi noyabrın 10-da Tehranın Azadi meydanının qərb hissəsində keçirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran üzrə qadınlardan ibarət Bəsic təşkilatının rəhbəri Sudabeh Əkbəri bildirib ki, qadınların ölkənin müdafiəsində iştirakını genişləndirmək məqsədilə bu cür təlimlərə ehtiyac var.

"Associated Press"in məlumatına görə, təlimlər zamanı qadınlar avtomat silahlarla maneələri aşmaq, divardan kəndirlə enmək və xüsusi taktiki tapşırıqları yerinə yetirmək üzrə məşqlər ediblər.

Jalə Rövşən

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər