İran Əfqanıstandakı zəlzələ qurbanlarına humanitar yardım göndərdi
İran Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda zərərçəkənlərə təcili humanitar yardım göndərməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Cəmiyyətin beynəlxalq əlaqələr üzrə rəsmisi Raziyə Əlişundi bildirib ki, yardım insani və humanitar prinsiplər əsasında təşkil olunub. İlk mərhələdə ərzaq, tibbi ləvazimatlar və digər zəruri ehtiyaclar Əfqanıstana göndərilib.
Qeyd edək ki, Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
Türkan İsgəndərli