İran daha bir ölkəni itirdi: Peru əlaqələri kəsdi
Peru hökuməti İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərarın Yaxın Şərqdəki gərginlik, Hörmüz boğazında dəniz nəqliyyatına qoyulan məhdudiyyətlər və İranın nüvə proqramı ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin işinə maneələr səbəbilə qəbul edildiyi bildirilir.
Peru Xarici İşlər Nazirliyi qərarın ölkənin sülhə, beynəlxalq hüquqa və demokratiyanın müdafiəsinə sadiqliyi ilə əlaqəli olduğunu açıqlayıb.
Bununla belə, diplomatik əlaqələrin kəsilməsi konsulluq münasibətlərinə təsir etməyəcək.
Kübra Musayeva