İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi

İran Bolqarıstanı hədəfə alacaq? - Müdafiə naziri cavab verdi
19.08.2026 22:10 Dünya

Bolqarıstanın müdafiə naziri Dimitr Stoyanov ölkə üçün İran tərəfindən real təhlükənin olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, nazir bu sözlərlə “Financial Times” qəzetinin İranın Avropadakı hərbi hədəflərə, o cümlədən ABŞ-nin yanacaq dolduran təyyarələrinin yerləşdiyi Bolqarıstandakı Bezmer aviabazasına hücum imkanını nəzərdən keçirməsi barədə məlumatını şərh edib.

“Media nəşrlərinə deyil, xüsusi xidmət orqanlarının rəsmi sənədlərinə əsaslanıram. Elə bir gün əvvəl hərbi kəşfiyyatdan sənəd almışam və orada vurğulanır ki, milli təhlükəsizliyə birbaşa təhdid yoxdur, ABŞ təyyarələrinin yerləşdiyi obyektlərə də təhlükə yoxdur”, - deyə Stoyanov jurnalistlərin brifinq zamanı suallarını cavablandırarkən bildirib.

Xatırladaq ki, daha əvvəl “Financial Times” İran İslam Respublikasının ABŞ-nin Tehrana qarşı hücumlarını bərpa etməsi halında Bolqarıstanı cavab tədbirləri üçün potensial hədəf kimi nəzərdən keçirdiyini bildirmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər