İran ABŞ-nin raket sistemləri hədəfə aldı
İranın Küveytdə yerləşən ABŞ ordusuna məxsus ATACMS yer-yer raket sistemlərinə qəfil raket hücumu həyata keçirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, Küveyt KİV-in yaydığı məlumata görə, hücum zamanı üç ballistik raket hədəfə birbaşa dəqiq zərbə endirib.
Hadisə ilə bağlı hələlik ABŞ və ya Küveyt rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi qeyd olunur.