İran ABŞ bazalarına zərbə endirdi: Vaşinqtonun Larak hücumuna cavab - VİDEO

İran ABŞ bazalarına zərbə endirdi: Vaşinqtonun Larak hücumuna cavab - VİDEO
31.08.2026 09:09 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin Hörmüz boğazındakı Larak adasına hücumuna cavab olaraq İordaniyada yerləşən iki ABŞ hərbi bazasına zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, İİKK-nın məlumatına görə, “Hücumun cəzası” adı verilən əməliyyat zamanı İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq hərbi bazalarında yerləşən ABŞ hərbi obyektləri hədəfə alınıb.

Əməliyyatın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilib. İİKK-nın açıqlamasına əsasən, zərbələr nəticəsində texniki və təmir infrastrukturu, həmçinin döyüş təyyarələrinin yerləşdiyi məntəqələr vurulub.

İran tərəfi hücumun Larak adasına endirilən zərbəyə qarşı “zəruri və qanuni cavab” olduğunu bildirib.

Avqustun 30-da ABŞ qüvvələrinin Hörmüz boğazında yerləşən Larak adasına zərbələr endirdiyi bildirilmişdi. ABŞ tərəfi İİKK-nın adadakı raket sistemlərindən Hörmüz boğazına dəniz minaları daşıyan raketlər buraxmaq üçün istifadə etməyə hazırlaşdığını iddia edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər