İran 370 hava hədəfinin vurulduğunu açıqladı
İran Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ və İsrailə məxsus 370 təyyarə və pilotsuz uçuş aparatının müharibə zamanı məhv edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İran mediasının məlumatına görə, bunu Hava Hücumundan Müdafiə Qüvvələrinin koordinator müavini, briqada generalı Məhəmməd Sadiqiyan deyib.
Sadiqiyanın sözlərinə görə, İranın hava hücumundan müdafiə sistemlərinin hücumların ilk günündə tamamilə sıradan çıxarıldığı barədə qarşı tərəfin hesablamaları özünü doğrultmayıb.
General bildirib ki, ABŞ və İsrail genişmiqyaslı hücumların ilk günündə İranın hava hücumundan müdafiə radarlarının hamısını məhv etdiklərini düşünüblər.
O, həmçinin müharibənin ilk iki günü ərzində Fars körfəzi üzərində ABŞ-a məxsus MQ-9 tipli strateji pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.
Jalə Rövşən