İntiqam qaçılmaz və yaxındır: İran ordusundan ABŞ-yə sərt reaksiya
ABŞ-nin İranın cənub-şərqindəki hava hücumları nəticəsində yeddi İran hərbçisi həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə İran Ordusu məlumat yayıb.
"ABŞ Silahlı Qüvvələrinin Bempur şəhərindəki İran ordusunun quru qoşunlarının hərbi düşərgələrindən birinə 13 raket atdığı dəqiqləşdirilib. Raket zərbəsi nəticəsində yeddi İran hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb", - məlumatda qeyd olunub.
Nicat Osmanlı