İnsan təri enerji mənbəyinə çevrildi - Bu ixtira hər şeyi dəyişə bilər

İnsan təri enerji mənbəyinə çevrildi - Bu ixtira hər şeyi dəyişə bilər
12.07.2026 06:35 Dünya

Türkiyəli alim insan təri və dərinin nəmindən enerji əldə edən yeni nəsil batareyanın hazırlanmasına töhfə verib.

TodayPress TV xəbər verir ki, Konya şəhərində yerləşən Nəcməddin Ərbakan Universitetinin Mühəndislik fakültəsinin professoru Bünyamin Şahin insan təri və dərinin nəmindən enerji istehsal edə bilən innovativ batareyanın yaradılmasında iştirak edib.

Yeni texnologiya əsasən geyilə bilən tibbi cihazlar üçün nəzərdə tutulub. Hazırlanan batareya insan bədəninin təbii nəmini enerji mənbəyinə çevirərək cihazların işləməsini təmin edir.

Mütəxəssislərin fikrincə, bu yenilik sağlamlığın daimi monitorinqi üçün istifadə olunan cihazların tez-tez batareya dəyişdirilməsinə və ya enerji ilə doldurulmasına ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər