İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır

İlon Mask ABŞ hökumətindən ayrılır: “Kölgə vitse-prezident”in missiyası başa çatır
30.05.2025 11:23 Dünya

ABŞ prezidenti Donald Trampın “sağ əli” və indiki administrasiyanın qeyri-rəsmi “kölgə vitse-prezidenti” kimi tanınan İlon Mask dövlət qulluğundakı fəaliyyətinə son qoyur.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi "X" vasitəsilə məlumat verib.

Mask qeyd edib ki, “ona ayrılan xüsusi dövlət qulluqçusu vəzifəsindəki vaxt sona çatır” və göstərilən etimada görə təşəkkürünü bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi DOGE departamentinin missiyası gələcəkdə daha da möhkəmlənəcək və bütün dövlət aparatının həyat tərzinə çevriləcək.

Bürokratiyanı “təmizləmək” üçün yaradılan qurum

Dövlət Effektivliyi Departamenti (DOGE) – Tramp administrasiyası tərəfindən federal hökumətin xərclərini azaltmaq və Vaşinqtondakı bürokratiyanı aradan qaldırmaq məqsədilə yaradılmış xüsusi qurumdur. Bu struktur rəsmi federal orqan olmasa da, fövqəladə komissiya funksiyası daşıyırdı və əsasən Trampın idarəetmədə apardığı “yenidənqurma” siyasətinə xidmət edirdi. Departamentin yaradılması və rəhbərliyi şəxsən Maskın üzərinə düşmüşdü.

Yaxınlıq kömək etmədi

Mask prezidentlə şəxsi yaxınlığı ilə fəxr edirdi. O, Trampın Floridadakı iqamətgahı Mar-a-Laqoda tez-tez qalır, əsas danışıqlarda iştirak edir, ailə fotolarında da yer alırdı. Lakin mediaya sızan məlumatlara görə, administrasiya daxilində onun bu qədər diqqət çəkməsi narazılıqla qarşılanırdı.

Büdcə hədəfləri dəyişdi

DOGE qurumu dövlət sifarişi qazanmaqda çətinlik çəkdi. "Associated Press"in məlumatına görə, Mask əvvəlcə büdcə xərclərinin 2 trilyon dollar azaldılmasını hədəfləyirdisə, sonradan bu rəqəmi 1 trilyona, sonra isə cəmi 150 milyard dollara endirib. O, tez-tez qoyulan hədəflərə qarşı dövlət müqavimətindən narazılığını bildirirdi.

Böyük biznes və böhranlar

Mask dünyanın ən varlı insanlarından biri hesab olunur və onun imperiyası "Tesla", "SpaceX", "X", "OpenAI" kimi nəhəngləri əhatə edir. Lakin biznes sahəsində də çətinliklər artır. "Tesla"nın satışları və səhm qiymətləri aşağı düşüb. "SpaceX"in Marsa uçuş məqsədilə hazırladığı "Starship" gəmisi artıq üçüncü dəfə ardıcıl uğursuzluğa düçar olub. Britaniyanın Trampa qarşı mövqeyi ilə tanınan "The Economist" bu barədə sarkazmlı başlıqla yazıb: “İlon Maskın Mars planları suya düşdü”.

Komandada parçalanma başlayır?

Maskın gedişi Tramp komandasının gələcəyi ilə bağlı suallar doğurur. Trampın öz obrazına uyğun olaraq yığdığı bu komanda əvvəldən qeyri-homogen sayılırdı və bir çox ekspert onun tezliklə dağılacağını proqnozlaşdırırdı. Maskdan əvvəl Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Uolts da administrasiyanı tərk etmişdi.

Məsləhətçi kimi qalacaq

"Axios" portalının məlumatına görə, Mask Trampın “ən nüfuzlu qeyri-rəsmi məsləhətçilərindən biri” olaraq qalacaq. Lakin onun rəsmi çevrədən uzaqlaşmasının Ağ Evin böyük texnoloji bizneslə, xüsusilə Silikon Vadisi ilə münasibətlərinə necə təsir edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, Cənubi Afrika Respublikasında doğulan və sonradan ABŞ vətəndaşlığı almış Mask Konstitusiyaya görə, prezidentliyə namizəd ola bilməz.

Hüquqi məqamlar

"Politico" nəşri yazır ki, Maskın “xüsusi dövlət qulluqçusu” statusu ABŞ qanunvericiliyinə əsasən, maksimum 130 gün davam edə bilər. Trampın inauqurasiyasından bəri Mask hər gün bu statusda çalışdığı təqdirdə, 30 may tarixində bu limitə çatacaq. Nəşrin DOGE-yə müraciətinə isə cavab verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər