İkiqat dünya çempionu güllələnərək öldürüldü
İkiqat dünya çempionu olmuş keçmiş boksçu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərindəki evinin qarşısında güllələnərək öldürülüb.
TodayPress TV “SABC News”a istinadən xəbər verir ki, hadisə cümə günü saat 18:30 radələrində baş verib.
38 yaşlı Tete dörd illik dopinq cəzasından sonra peşəkar rinqə qayıtmağa hazırlaşırdı. O, IBF versiyası üzrə ilk yüngül çəki dərəcəsində və WBO versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu olub.
Tete, həmçinin titul uğrunda döyüşdə ən sürətli nokaut rekorduna sahib idi. O, 2017-ci ildə Siboniso Qonyanı ilk raundun cəmi 11-ci saniyəsində nokauta salıb.
İdmançının ölümünü onun meneceri Mlandeli Tenqinfen “SABC News”a təsdiqləyib. Hadisənin motivi hələ məlum deyil və polis araşdırma aparır.
Qiymət Mahir