İki metrlik asteroid Yerə yaxın məsafədən keçdi
Diametri iki metr olan, “2025 SU4” adlı asteroid sentyabrın 24-ü Yerə yaxın məsafədən keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat verib.
Asteroid planetimizin səthindən cəmi 20 min kilometrdən bir qədər artıq məsafədə keçib.
Alimlərin sözlərinə görə, bu hadisə Günəş sisteminin daxili hissəsində kiçik göy cisimlərinin kifayət qədər sıx şəkildə yerləşdiyini və onların planetimizin yaxınlığında gözlənilmədən ortaya çıxma ehtimalını nümayiş etdirir.
Aysel Mətləb