II Qareginin işi dalana dirəndi: Üçüncü hakim də imtina etdi
Ermənistanda bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopla bağlı məhkəmə işinə baxmaqdan artıq üçüncü hakim imtina edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, iş Ermənistanın Apellyasiya yox, Kassasiya Məhkəməsinə göndərilib. Bu barədə işin Armavir məhkəməsindən göndərildiyi İrəvanın Ümumi Yurisdiksiya üzrə Cinayət Məhkəməsi məlumat verib.
Bundan əvvəl hakim Serj Rüşanyan ittiham aktında ehtimal olunan cinayətin törədildiyi yerin göstərilmədiyini bildirib. Buna görə də işə hansı məhkəmənin baxmalı olduğu məsələsinin mübahisəli olduğunu qeyd edib.
İşi Kassasiya Məhkəməsinə göndərən üçüncü hakim isə Vaahn Melikyan olub.
Kübra Musayeva