Husilər Qırmızı dənizdə hücumlara hazırlaşırlar
Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) üzvləri ABŞ ilə mayın əvvəlində əldə olunan atəşkəs razılaşmasından sonra yenidən toparlanaraq Qırmızı dənizdə gəmilərə qarşı hücumlara hazırlaşırlar.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Vaşinqtonun husilərə qarşı keçirdiyi hava zərbələrinin dayanması onlara mövqelərini və silah anbarlarını bərpa etməyə imkan verib.
Böyük Britaniyanın "EOS Risk Group" şirkətindən Martin Kelli bildirib ki, husilərin son hücumları əvvəlkilərdən daha aqressiv olub. Onlar bu müddət ərzində gəmi əleyhinə raketlər və dəniz dronlarını yenidən hazırlaya biliblər.
Türkan İsgəndərli