“Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı”

“Hörmüz boğazında bircə amerikalı göstərin” - SEPAH ABŞ-ni “ələ saldı”
19.08.2026 21:05 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının baş müşaviri Məhəmməd Rza Naqdi ABŞ-nin Hörmüz boğazında mövcudluğu ilə bağlı şübhə yaradıb.

TodayPress TV xəbər verir ki, Naqdi ABŞ-nin Hörmüz boğazını yenidən açacağını açıqlamasına münasibət bildirərək amerikalı hərbçinin bölgədə olduğunu göstərməyi tələb edib.

“Amerikalılar Hörmüz boğazını yenidən açacaqlarını bildiriblər. Bəs Amerika hazırda Hörmüz boğazındadır? Mənə bir amerikalı göstərin. Dünyada bu qədər media var, Hörmüz boğazında bir amerikalını göstərsinlər. Görək, heç olmasa bir nəfəri göstərə biləcəklərmi?” - deyə o bildirib.

Naqdi qeyd edib ki, Hörmüz boğazı strateji əhəmiyyətini heç vaxt itirməyəcək. Onun sözlərinə görə, Fars körfəzi neft və qaz hasilatının əsas mərkəzlərindən biridir.

SEPAH rəsmisi əlavə edib ki, neft quyularını başqa əraziyə köçürmək mümkün deyil. Alternativ olaraq neftin gəmilərlə daşınması əvəzinə boru kəmərlərindən istifadə edilə bilər, lakin belə infrastrukturların da hücumlara qarşı həssas olduğunu vurğulayıb.

“Belə infrastrukturun yaradılması da illər tələb edərdi. Bir çox məhsulun bu yolla daşınması ümumiyyətlə asan deyil. Məsələn, qaz üçün mürəkkəb və bahalı emal və infrastruktur tələb olunur. Buna görə də onların özlərini bu regiondan tamamilə asılı olmayan vəziyyətə gətirə biləcəklərini söyləmək olmaz”, - Naqdi deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər