Hindistanda torpaq sürüşməsi oldu: Ölənlər var

Hindistanda torpaq sürüşməsi oldu: Ölənlər var
06.08.2025 11:55 Dünya

Hindistanın Uttarakhand ştatında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər həyatını itirib, təxminən 100 nəfər isə itkin düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb. 

Bildirilib ki, ötən gün ştatın Dharali bölgəsində baş verən ani leysan nəticəsində torpaq sürüşməsi və sel yaranıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. 

Təhlükəsizlik qurumları sel zamanı evlərin və mehmanxanaların dağıldığını, ştatın bir çox hissəsində tədris prosesinə fasilə verildiyini qeyd ediblər. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər