Hindistan Rusiya neftindən imtina edə bilər

Hindistan Rusiya neftindən imtina edə bilər
25.09.2025 17:02 Dünya

Hindistan Rusiya neftindən imtina etmək üçün şərtini açıqlayıb. 

TodayPress TV "Bloomberg" ə istinadən xəbər verir ki, Hindistan ABŞ-yə yalnız İran və Venesueladan neft idxalına qoyulan sanksiyalar ləğv olunarsa, Rusiya neftindən imtina edə biləcəyini bildirib.

Hindistan nümayəndə heyəti ABŞ rəsmiləri ilə görüşlərdə vurğulayıb ki, Rusiya, İran və Venesueladan eyni vaxtda neft tədarükünün dayandırılması qlobal qiymətlərin kəskin bahalaşmasına səbəb olacaq.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hindistan və Çini Rusiyadan neft almaqda günahlandırıb və onları Ukraynadakı müharibənin “əsas sponsorları” adlandırmışdı.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər