Hindistan rəsmiləri Rusiyaya səfər edəcək

Hindistan rəsmiləri Rusiyaya səfər edəcək
06.08.2025 09:40 Dünya

Hindistan rəsmiləri ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Rusiyaya səfər edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Hindistanın Baş naziri Narendra Modinin milli təhlükəsizlik müşaviri Ajit Doval bu həftə, xarici işlər naziri Cayşankar isə avqustun sonunda Rusiyaya səfər edəcək”, - deyə nəşr bildirib. 

Qeyd edək ki, yüksək rütbəli Hindistan rəsmilərinin səfərləri Trampın Hindistana Rusiya ilə sıx ticarət əlaqələrinə görə tariflərin tətbiqi ilə bağlı təhdidlərini artırmasından dərhal sonra planlaşdırılıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər