Hindistan “MiQ-21” qırıcı təyyarələrini istismardan çıxardı
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) sentyabrın 26-sı rəsmi olaraq Sovet dövrünə aid “MiQ-21” qırıcı təyyarələrini istismardan çıxardığını elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə rəsmilər bildiriblər.
“MiQ-21”in istismardan çıxarılması mərasimi Hindistanın şimaldakı Çandigarh şəhərində yerləşən HHQ bazasında keçirilib.
Qeyd edək ki, “MiQ-21” qırıcı təyyarələri Hindistan HHQ-nə ilk dəfə 1960-cı illərin əvvəllərində daxil edilib.
"Hazıradək dünyada 11,500-dən çox MiQ-21 istehsal edilib və onlardan təxminən 850-si Hindistan HHQ-də xidmət göstərib”, - deyə Hindistanın Müdafiə Naziri Rajnath Singh mərasimdə çıxışı zamanı vurğulayıb.
Aysel Mətləb