Heqset: "ABŞ Çinlə müharibə istəmir"

Heqset: "ABŞ Çinlə müharibə istəmir"
31.05.2025 09:15 Dünya

"Amerika Birləşmiş Ştatları Çinlə münaqişə axtarmır. ABŞ sülh istəyir, lakin zərurət olarsa, döyüşməyə və qalib gəlməyə hazırdır".

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib. 

Onun sözlərinə görə, Çin Asiyada üstünlük qazanmaq istəyir və hərbi gücünü artırır. Nazirin fikrincə, Çindən gələn təhlükə real və qaçınılmaz ola bilər.

O, həmçinin bildirib ki, ABŞ Hind-Sakit Okean bölgəsindən zorla çıxarılmasına icazə verməyəcək.

Bundan əvvəl Amerika prezidenti Donald Tramp Çinlə bağlanan ticarət sazişinin Çin tərəfindən pozulduğunu və bu sazişin Çin iqtisadiyyatını çökməkdən xilas etdiyini söyləmişdi.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər