Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu

Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu
13.07.2026 11:15 Dünya

Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaqda adı keçən 26 şübhəlinin siyahısı açıqlanıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, siyahıda saxlanılan, həbs edilən, axtarışda olan və ölkə xaricində olduğu müəyyən edilən şəxslər yer alır.

İstintaq çərçivəsində müğənni Haluk Leventin köməkçisi kimi tanınan Yeliz Kayanın həbsdə olduğu bildirilir. Adı siyahıda olan və barəsində həbs qərarı çıxarılan vəkil Ece Günerin isə hazırda şəhər xaricində olduğu qeyd edilir. Güner sosial media hesabında paylaşım edərək, "Mən Haluk Leventi təmsil etməmişəm", - deyə bildirib.

Bundan başqa, Alper Çelik, Müge Sözen Küçük, Ali Barış Kaya və Banu Eren polis qeydlərində axtarışda olan şəxslər kimi göstərilib. Buse Vurucunun isə ölkə xaricində olduğu müəyyən edilib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan sənətçiyə "Dərnəklər haqqında" qanunun pozulması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) və cinayət təşkilatına üzv olmaq ittihamları irəli sürülüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər