Hakan Fidan İranı silkələdi - VİDEO

Hakan Fidan İranı silkələdi - VİDEO
17.07.2026 11:05 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan GZT-nin baş redaktoru Doğukan Gezerin "Gənclərə bir səyahət marşrutu tövsiyə etsəniz, hara olardı?" sualını cavablandırıb.

Fidan gənclərə ilk növbədə yaşadıqları coğrafiyanın tarixini və mədəni irsini yaxından tanımağı tövsiyə edib. O, Balkanlardan İrana, Yaxın Şərqdən Monqolustana qədər görülməli olduğunu düşündüyü marşrutları sadalayıb.

Hakan Fidan xüsusilə İranın tarixi və mədəni baxımdan zəngin irsə malik olduğunu vurğulayaraq, Astanadan Şiraza qədər uzanan xətt üzərində yerləşən Ərdəbil, Urmiya, Təbriz, Rey, İsfahan və Məşhəd şəhərlərini nümunə göstərib.

TodayPress TV həmin görüntüləri təqdim edir:

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər